19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Daha yaxşı “Qəbələ” görəcəyik”

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” öz meydanında “Neftçi”yə uduzub. 

Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında 1:2hesablı yenilgini belə şərh edib:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Birinci hissədə düşündüyümüzü yerinə yetirməyə çalışırdıq. İkinci yarıda konsentrasiyanın aşağı düşməsi ilə rəqib qollar vurdu. Amma ümumi götürəndə oyundan razıyam. İnanıram ki, getdikcə daha balanslaşmış komanda görəcəyik. 

Çempionatda hər rəqibə xüsusi hazırlaşmaq lazımdır. Güclü və ya zəif anlayışı fərqi yoxdur. İlk yarıda üstünlük daha çox bizdə idi, daha motivasiyalı idik. 46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiyanın düşməsi ilə bağlıdır. Komanda ani səhvdən qol buraxır, toparlanmağa çalışır və ikinci dəfə topu qapısında görür. Kondisiya baxımından problem yoxdur, 90 dəqiqə hücumda ola bilirik. Xırda nüansları aradan qaldıracaq və daha yaxşı komanda görəcəyik”. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30