19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əhmədov: "Yaxşı oynayıb məğlub olduq"

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının VI turunun açılış oyununda "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları qarşılaşma barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, Əhmədov debüt matçındakı yenilgini belə şərh edib: 

"Komandanı qəbul edəndə bəzi oyunlara baxıb gördüm ki, potensial var. Nəsə etmək olar. Bu gün bunun bir daha şahidi oldum. Üstünlük bizdə olsa da, yaxşı oynayıb məğlub olduq. Futbolda bəzən belə olur, yaxşı mübarizə aparıb uduzursan. Kaş ki, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var. Yaxşı komanda qurmaq olar. Çatışmazlıqlarımız var, görəcəyimiz iş çoxdur. 

Hücum xəttindəki problem daha qabarıq görünür. Oyun baxımından komanda topa daha çox nəzarət edirdi. Çalışırdıq rəqibi topsuz qoyaq, boş zonalar əldə edək. Birinci və ikinci hissədə qol epizodlarımız oldu. Məyus olub, depressiyaya qapanmaq olmaz. Qarşıda oyunlar var. Komandanı qışa qədər yaxşı hazırlamaq bizim borcumuzdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30