28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un (Almaniya) baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə "Qarabağ"a qalib gəldikləri matç (2:1) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə. alman mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin güclü komanda olduğunu deyib:

"Rəqibi analiz etmişdik. Onların Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik. "Qarabağ" güclü komandadır. Onların güclü futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm".

Ştrayx "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla oyundan əvvəl və sonra söhbət etməsi barədə bunları deyib: 

"Ona bildirdim ki, Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şadam. Azərbaycana getmək istəyirəm. Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".

Çalışdırıcı onu da qeyd edib ki, G qrupundakı bütün komandalar eyni gücdədir: "Qrupda favorit yoxdur. Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31