19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Ciddi rəqiblə qarşılaşacağıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Frayburq"la sabah səfərdə keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında ciddi rəqiblə qarşılaşacaqlarını deyib:

"Çox intizamlı komandaya qarşı oynayacağıq. Kristian Ştrayx uzun illərdir ki, "Frayburq"da baş məşqçidir. Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir".

Qurbanov "Frayburq"la mübarizə aparmaq üçün həvəsli olduğunu dilə gətirib: "Rəqib baş məşqçiyə qarşı hansısa sürprizi hazırlamamışıq. Onlardan bizə qarşı bunu gözləmək lazımdır. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks-zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimatı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram. "Frayburq"u analiz edəndən sonra onlara marağım çox böyük olub. Uzun illər eyni baş məşqçiyə güvənirlər. Bu, onların gələcəkdə uğurlar qazanmasına gətirib çıxara bilər. Çox istəklidirlər. Baş məşqçi nə vaxtsa bunun qarşılığını almalıdır. Növbəti mövsüm Çempionlar Liqasında olsalar, onları təbrik edəcəyəm və bundan şad olacağam".

Çalışdırıcı avrokuboklarda kifayət qədər təcrübəyə sahib olmalarının onlar üçün üstünlük yaratdığını bildirib: "Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə "Frayburq"u üstələyirik. "Frayburq" hər mövsüm vacib matçlara çıxır".

Qurban Qurbanov qeyd edib ki, rəqib standart vəziyyətlərdə ciddi təhlükə yaratmağı bacarır: "Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginlimiz yoxdur".

Mütəxəssis İbrahima Vadjinin "Sent-Etyen"ə (Fransa) transferi haqda bunları deyib: "Bu gün Vadjinin bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq".

Qurbanov Almaniya klubunun yaxşı oyunçularının olduğunu söyləyib: "Frayburq"un hər mövqedə bir-birini başa düşən futbolçuları var. Demək olar ki, bütün futbolçuların adlarını əzbər bilirəm. Amma hansınısa xüsusi vurğulamaq istəmirəm. Onlar daha çox kollektiv oyuna üstünlük verirlər. Bu rəqibə qarşı diqqətli olmalıyıq".

Qeyd edək ki, sabah "Europa-Park" stadionunda keçiriləcək "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30