29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Yuventus”un çempion olduğu turnirdə “Sumqayıt” 1/4 finalda uduzdu

“Sumqayıt” Futbol Klubunun 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa", “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.

"Sumqayıt" FK turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb.

“Sumqayıt”ın 12 yaşlıları bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2).

Ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komandamız bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub. Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31