25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi"nin zədəlilərinin son durumu

"Neftçi"nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.

Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı "Neftçi"nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamaverib.

Ş.Zöhrablının dediyinə görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.

Qeyd edək ki, Kenni Sayef Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt”la keçirilən matçdan əvvəl məşq zamanı zədələnib. Onun əvəzinə adı start heyətinə salınmış Vato Arveladze isə oyun zamanı zədə alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30