29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” son 17 ilin ən yüksək məhsuldarlığının təkrarladı

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda 12 qol vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır. Bakı klubu 2007/08 mövsümündəki göstəricisinə imza atıb.

Paytaxt təmsilçisinin startda daha çox qol vurmasına isə 2005/06 mövsümünə təsadüf olunub. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/08 və 2022/23 mövsümlərinə aiddir.

Laurentsiu Regekampfın yetirmələri həm də ilk 5 turda iki böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/04 mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31