25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Sumqayıt"ın məşqçisi: "Bu vəziyyətdən çıxacağıq"

"Sumqayıt"ın məşqçisi Rail Məlikov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi"yə uduzduqları matçdan (0:3) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, komandanın çalışdırıcısı Aleksey Baqanın səhhətində problem olduğuna görə konfransda özünün iştirak etdiyini bildirib.

- Bizi ağır oyun gözlədiyini bilirdik. Təqvimimiz elədir ki, son mövsümdə ilk üç pillədə olan komandalarla oynadıq. Matça yaxşı hazırlaşmışdıq. Oyunun əvvəlində verilən tapşırıqları yerinə yetirdik. İlk hissədə bərabər oyun getdi. "Neftçi"nin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. İkinci qoldan sonra komanda bir az sındı, oyundan qopdu. Futboldur, belə şeylər olur. "Qara zolağ"a düşmüşük. Bu vəziyyətdən çıxacağıq. Bir qələbə lazımdır. Daha sonra ardı gələcək. 

- Komanda qol vura bilmir. Bir məşqçi olaraq "Sumqayıt"ın legionerlərinin səviyyəsindən razısınız?

- Bir az pozitiv olaq. İndiyə kimi "Sumqayıt"da legioner olmayıb. Legionerlər adaptasilə olmalıdır. Düzdür, qol yoxdur. Hamımız bunun üzərində işləyirik. Bizə bir qələbə lazımdır. Qolların da ardı gələcək. Legionerlər yavaş-yavaş uyğunlaşır. Özünüz də görürsünüz ki, komanda oyundan-oyuna irəli gedir. Məğlub olmağımıza baxmayaraq, futbolçular verilən tapşırıqların 80 faizini yerinə yetirirlər. 

- Aleksey Baqa çalışdığı heç bir klubda beşli müdafiə sistemini təqbiq etməyib. Bu gün sistem dəyişikliyi etməyinin səbəbi nə idi?

- Bu gün biz 3-5-2 sistemi ilə oynayırdıq. Bu, 5 müdafiəçi sayılmır. Çünki, biz bu gün hücuma daha çox qoşulmağı düşünmüşdük. Cinah müdafiəçilərimiz həmişə öndə olurdular. Beşli müdafiədə komanda geriyə oturur. Əvvəlki "Sumqayıt" belə idi. 

- Növbəti oyundan sonra da mətbuat konfransına siz gələcəksiniz?

- Xeyr. Bu gün baş məşqçinin səhhətində bir az problem oldu. Ona görə də bu gün onu mən əvəz etməli oldum. Növbəti oyunda özü gələcək. 

- İllərdir ki, Azərbaycan futbolunun içindəsiniz. 11 il ərzində belə zəif “Sumqayıt” görmüşdünüz?

- Siz nəyə zəif deyirsiniz? Bir az pozitiv olaq. Düzdür məğlub olmuşuq. Futbolda hər şey olur. Penaltidən sonra komanda oyundan qopdu. 1-2 oyuna görə komandaya zəif demək olmaz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30