19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ayxan Abbasovdan qələbə şərhi

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Şamaxı"ya qalib gəldikləri matç (1:0) barədə fikirlərini bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, o, oyundan sonra təşkil olunan mətbuat konfransına vacib qələbə qazandıqlarını deyib:

"Çətin səfərə gəlmişdik. "Şamaxı" evdə keçirdiyi hər iki oyunda əzmkar oyun göstərmişdi. Xal da qazanmışdılar. Bu gün də gərgin mübarizə şəraitində bir oyun izlədik. Havanın isti olması da oyunun tempinə mane olurdu. Futbolçularıma da bildirmişdim ki, bu oyunda kim səbrli olsa o da, qalib gələcək.

Epizodlara girə bilirdik. Sevindirici hal oldu ki, Runi qələbə topunu vura bildi. Hücumçunun qol vurması özünə olan inamını daha da artırır. Hər 3 xal bizim üçün çox vacibdir. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman bizim yanımızdadırlar. Həqiqətən tempin düşdüyü məqamlarda komandaya ruh verdilər".​




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30