29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə” - “Qəbələ” oyununun yeri dəyişdirildi

“Zirə” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Azərbaycan Premyer Liqasının 5-ci  turunun “Zirə” - “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib.

Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun “Zirə” - “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib. Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Xatırladaq ki, sözügedən oyun sabah saat 20:30-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31