29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rauf Əliyev 5 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, 27.08.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” - “Kəpəz” oyununda matçın 69-cu dəqiqəsində “Kəpəz” klubunun 11 nömrəli futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olduğu üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunuv.

Matçın gedişində “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün “Səbail” 800 manat cərimə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31