25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Əfran İsmayılov: "Neftçi" ilə oyunda çox şey dəyişə bilər"

 

"Qarabağ"ın və milli komandamızın üzvü Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib.

- Ölkə çempionatının son turunda komandanız "Qəbələ"ni məğlub etdi. İstərdik ki, ilk növbədə həmin oyunla bağlı fikirlərini öyrənək.

- Bilirdik ki, bizi ağır oyun gözləyir. Ona görə də "Qəbələ" ilə matça çox ciddi hazırlaşmışdıq. Cari mövsümdə "Qəbələ" ilə 4 dəfə oynamışdıq və heç birində qələbə qazana bilməmişdik. Buna görə də uğursuzluğa son qoymalıydıq. Şadam ki, istəyimizə çatdıq. 90 dəqiqə ərzində gərgin mübarizə oldu. Amma biz daha yaxşı oynayaraq, 3 xalı qazandıq.

- "Qəbələ" ilə görüşə komandanız ciddi itkilərlə çıxmışdı. Vaqif Cavadov və Vüqar Nadirovun yoxluğu çıxışınıza nə dərəcədə göstərdi?

- Aparıcı futbolçuların olmaması oyunumuza ciddi təsir göstərmədi. Çünki "Qarabağ" hər zaman komanda oyunu sərgiləyir. Bu dəfə də istisna olmadı. Bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Mən olmasam, başqası oynacaq. Buna görə də 1 və ya 2 futbolçunun olmaması heç vaxt "Qarabağ" üçün ciddi probelm sayılmır.

- Sonuncu matçda baş məşqçiniz Qurban Qurbanov əsas heyətdə qışda komandaya cəlb olunan futbolçulardan Reynaldo, Torres və Oparaya şans verdi. Bu oyunçulardan ən çox hansının çıxışını bəyəndin?

- Oparanın oyunu digərləri ilə müqayisədə daha çox xoşuma gəldi. Düzdür, elə də sürətli oyun sərgilmədi. Amma Opara fərdi bacarığı sayəsində irəlidə yaxşı top saxlayırdı. Eləcə də daim rəqib müdafiəçiləri təzyiqdə saxlamağı bacarırdı. Buna görə də Oparanı fərqləndirərdim. İnanıram ki, tez bir zamanda həm Opara, həm də komandamıza qışda qoşulan digər futbolçular da tez bir zamanda optimal forma yığaraq, komandaya faydalı olacaqlar.

- Qarşıda komandanızı "Neftçi" ilə oyun gözləyir. Bu oyun haqda hansı fikirdəsən?

- İlk növbədə onu deyim ki, bizi qarşıda çox çətin oyun gözləyir. "Neftçi" çox güclü komandadır, heyətlərində yaxşı futbolçular var. "Neftçi" son 2 ili çempionu, eləcə də hazırki liderdi. Buna görə də bizi çətin oyunun gözlədiyi dəqiqdir. Özü də səfərdə çıxış edəcəyik. Amma cari mövsümdə 2 dəfə "Neftçi" ilə qarşılaşmışıq və hər iki oyunda da qələbə qazanmışıq. İnanıram ki, bu dəfə də eyni uğura imza atacağıq.

- Çoxları hesab edir ki, qarşıdakı "Neftçi" - "Qarabağ" oyunu çempionluğun taleyində mühüm əhəmiyyət kəsb edəcək...

- Bəli, mən də bu fikirlər razıyam. Həqiqətən də qarşıdakı oyun bir çox suallara aydınlıq gətirəcək. Mən də o fikirdəyəm ki, "Neftçi" ilə oyunda çox şey dəyişə bilər. Biz bu oyunda qələbə qazansaq, çempionluq şansımız daha da artacaq.

- "Qarabağ"ın cari mövsümdə çempion olması nə dərəcədə realdı?

- Həyatda real olmayan heç nə yoxdur. Şans hər zaman var. Bizim də məqsədimiz odur ki, çempion olaq. Bunun üçün də sonadək mübarizə aparacağıq. İnşallah, bu turda "Neftçi"yə qalib gəlsək, çempionluq şansımız artacaq.

- Əfran, son oyunlarda oyununda yüksəliş hiss olunur. Amma hələ də tam olaraq əvvəlki formanı yığmamısan. Azarkeşləri daha çox bir sual düşündürür: 2 il əvvəl, Avroliqada əla çıxış edən Əfranı yenidən nə vaxt görə biləcəyik?

- Yavaş-yavaş əvvəlki formamı bərpa edirəm. Mən də çalışıram ki, yüz faiz hazır olum. Həm "Qarabağ"a, həm də milli komandaya kömək edə bilim. İnşallah, tez bir zamanda formamı tam yığacağıma inanıram. Qarşıda bizi ağır oyun gözləyir. Həm klubda, həm də millidə. İnşallah, avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Avrokuboklarda oynamağı, uğur qazanmağı çox istəyirik. Ötən il avrokuboklardan kənarda qaldıq. Hər birimiz Avropa üçün darımıxşıq. İnanıram ki, bu dəfə həm avrokuboklara vəsiqə qazanacağıq, həm də orada uğurlu çıxış edəcəyik. Avroliqada müvəffəqiyyət qazanmaq üçün tək mən yox, ümumilikdə "Qarabağ"ın bütün futbolçuları tam güclərini ortaya qoymalıdırlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30