19 May 2026, Çərşənbə axşamı
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?

Ölkə futbolu

Yaşar Vahabzadə: "Müdafiədəki səhvlərin ucbatından məğlub olduq"

“Bilirdik ki, çətin oyun olacaq. 12-ci dəqiqədən 16-cı dəqiqəyə qədər 3 top buraxdıq. Buna qədər normal oynayırdıq. Sonra bir qədər çətinlik oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi" ilə oyundan sonra mətbuat konfransında deyib.  

O, səfərdə 2:5 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Fasilədən sonra oyunda dönüş yaratmaq istədik. Hücumda nəsə alındı. Müdafiədə səhvlər oldu. Onların ucbatından məğlub olduq. Oyunumuzu müdafiədən qururduq. Əks-hücumlarda şans axtarırdıq. “Neftçi” topla yaxşı oynayan komandadır. Onlarla açıq oynamaq çətin olardı. Psixoloji gərginlik oldu. Standart vəziyyətdən top buraxdıq. Toparlanmağa çalışsalar da, alınmadı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31