28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Kəpəz"in hücumçusu : "Qollarımın davamı olacaq"

"Kəpəz"in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, hücumçu ilk oyunu, qolu və Gəncə haqda fikirlərini bölüşüb.

- Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik... 

- “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.

- Qələbə də qazana bilərdik, elə deyilmi?

- Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.

- Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz?

- Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.

- Növbəti oyun “Neftçi” ilə olacaq.

- Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.  

- Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz?

- Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi  diqqətli davranır.

- Gəncə necədir, xoşunuza gəlir?

- Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.

- Doğma meydanda oynamamağımız sizə necə təsir edir?

- Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31