18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Çerçesov: “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı”

"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Sport Ekpress"ə açıqlamasında təmsilçimizin layiqli qələbə qazandığını deyib: “Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz vəzifəmizin öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Uduzmaq  həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq.

Gələn həftəsonu komandanı Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Şemrok Rovers”la qarşılaşacağıq. Təbii ki, qrup mərhələsinə düşmək istəyi var. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Növbəti oyunlarda onları sevindirmək istəyirik”.

Rusiyalı mütəxəssis mövsümün yeni başladığını vurğulayıb: “Qarşıda hələ çox oyun var, ona görə də heç birimizin ağlına dincəlmək gəlmir. Uğur, əlbəttə, daha xoşdur, amma itirməyi də bacarmaq lazımdır. Bizim vəzifəmiz səhvlərimizi sakit şəkildə təhlil etmək, düzgün nəticə çıxarmaq və irəli getməkdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30