19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Laurentsiu Regekampf: “Vyanaya qələbə üçün gəlmişik”

"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Rapid”i (Vyana) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb: "İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşıb və qalib gəlməyə çalışacaq. Çünki evdə oynayırlar. “Rapid” ciddi rəqibdir. Amma biz də səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.

O, "Rapid"ə qarşı necə oynamaq lazım olduğu haqda da danışıb: "Mənim futbolçularıma mesajım çox aydındır. Bəli, biz Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Amma hələ oyun oynanılmayıb. Sabah biz mübarizə aparmalı, aktiv olmalıyıq. Mən tərəfdən futbolçularıma olan mesajdır. "Rapid"in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox yaxşı oyunçuları var. Onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Qol buraxsaq belə, mübarizəni davam etdirməli və cavab qolunu vurmalıyıq".

Regekampf Vyana təmsilçisinin zəif cəhətlərini oyunçulara söylədiyini vurğulayıb: "Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər".

Baş məşqçi mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu bildirib:  "Mən sizə hər cür söz verə bilərəm. Amma gəlin sabahkı oyunu başa vuraq. Bu oyuna ciddi yanaşaq. Çünki asan oyun olmayacaq. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın tarixi klubudur. Onlar da əllərindən gələni edəcəklər ki, növbəti mərhələyə vəsiqə qazansınlar. Əgər növbəti mərhələyə vəsiqə qazansaq, sizə hər şey barədə söz verəcəyəm".

Qeyd edək ki, sabah keçiriləcək “Rapid” - “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30