20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Rapid"in baş məşqçisi: "Bakıda istifadə edə bilmədiyimiz epizodları sabah reallaşdırmalıyıq"

"Rapid"in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundan əvvəl mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, ilk öncə qarşılaşma barədə fikirlərini açıqlayıb.

- Qələbə qazanmaq üçün daha çox pressinq edib, qol epizodları yaratmaq lazımdır. Bakıda istifadə edə bilmədiyimiz epizodları sabah reallaşdırmalıyıq.

- “Neftçi” Bakıdakı kimi intensiv oynasa, buna necə müqavimət göstərəcəksiniz?

- Daha fəal olacağıq və hücum etmək istəyirik. Standart vəziyyətlərdən də istifadə etmək lazımdır.

- Sabah “Rapid”in hansı üstünlüyü olacaq?

- Öz meydanımızda oynamağımız bizim üstünlüyümüzdür. Bundan istifadə edərək hücuma atılmaq lazımdır.

- Qələbə üçün iki qol bəs edəcək?

- Növbəti mərhələyə yüksəlmək şansı əldə etmək üçün minimum bir qol vurmalıyıq. Bütün gücümüzü toparlamalıyıq ki, nəticə qazanaq. “Neftçi”nin gücü bizə aydındır. Onların özünəməxsus oyun tərzi var.

- Rəqibin hücumlarının qarşısını necə alacaqsınız?

- İlk oyundakı səhvlərimizi öyrənmişik. Əsasən “Neftçi”nin cinahlardakı reydlərinə müqavimət göstərmək lazımdır. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30