24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Sumqayıt” Şimali Makedoniya millisinin üzvünü transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. 

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komanda ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb. 23 yaşlı cinah müdafiəçisi “Sumqayıt” FK-da “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30