29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”də 2 debüt

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün debütlə əlamətdar olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Rauf Rüstəmli və Ramon Maçado ilk dəfə “qırmızı-qaralar”ın heyətində rəsmi matça çıxıb. Bununla da klub tarixində forma geyinən futbolçuların ümumi sayı 271-ə çatıb. Onlardan 252-si Premyer Liqada şans qazanıb.

Rauf “Qəbələ”nin heyətində Premyer Liqada 19 yaşadək debüt edən 18-ci oyunçudur. 18 yaş 9 ay 7 günlüyündə meydana çıxan yarımmüdafiəçiyədək 17 oyunçu belə gənc yaşında çempionat həyəcanı yaşayıb. Rekord Elnur Mustafazadəyə məxsusdur - 16 yaş 7 ay 25 gün. Nuran Qurbanov (17 yaş 6 ay 19 gün) və Roman Hüseynov (17 yaş 7 ay 19 gün) da ən gənc üç oyunçu sırasında yer alıb. Rauf bu sıralamada 16-cıdır.

Ramon isə klub tarixində 17-ci braziliyalı legionerdir. “Sambaçılar” arasında rekord Dodoya məxsusdur - 161 oyun. Rafael Santos 104, Rikardinyo 69 dəfə “Qəbələ” forması geyinib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31