20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Stanislav Çerçesov: "Bu, layiqli məğlubiyyətdir"

“Bu gün meydanda özümüzü göstərə bilmədik. Əvvəldən matça düzgün yanaşmadıq. Və oyun planladığımız kimi getmədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis özlərindən daha üstün olan rəqibə uduzduqlarını söyləyib: "Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir. Belə matçdan sonra emosiyalara qapıla bilərsən, ona görə də indi bir addım geri çəkilməliyəm. Sakitcə yenidən matçı izləməliyəm və yalnız bundan sonra onu düzgün dəyərləndirə bilərəm.

Oyunçular üçün ayrıca sözlərim var idi. Lakin onlar mənim oyunçularımdır və mənim futbolçularım dünyanın ən yaxşısıdır”.

Qeyd edək ki, "Ferentsvaroş" iki oyunun nəticəsinə əsasən "Qarabağ"a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30