25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elmar Baxşıyev: “Hər komanda burada oynamaqdan zövq alacaq”

“Çox zövqverici oyun alındı. Belə tribunalar önündə oynamaq futbolçularım üçün zövqdür. “Turan” Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Tovuz təmsilçisinə uğurlar arzulayıram. Fərqli hissələr oynadıq. İlk yarıda topa daha çox nəzarət etməyi düşündük. İkinci hissədə hücumları artıraraq istədiyimiz nəticəyə nail olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ramon Maçado komandaya 3-4 gün əvvəl qoşulduğu üçün tam hazır olması mümkün deyildi. 50-60 faiz hazır olsa da, kollektivi daha çox hiss etməsi üçün meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir. Gələcək vəd edən oyunçudur. Sarı vərəqə alması emosiya, istəklin olması ilə bağlıdır. Hər bir komanda burada oynamaqdan zövq alacaq. Mən qarışıq bütün komanda belə tribuna qarşısında oynamağa can atırdıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda stadionlarda daha çox azarkeş olacaq” - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30