25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Arveladze rəsmən “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, gürcü futbolçu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi yeni klubunda 18 nömrəli formanı geyinəcək.

Arveladze peşəkar karyerası ərzində Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib. Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığma komandalarında da forma geyinmiş futbolçu 2019-cu ildə bu ölkənin əsas millisində 2 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, hücumçular - qanalı Qodsvey Donyo, belaruslu Yeqor Boqomolski və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30