19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyacağıq"

"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Balint Veçey Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı haqqında danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında müdafiə xətti baxımından Ağdam təmsilçisini qabaqladıqlarını deyib:

"Çox güclü komanda ilə qarşılaşacağıq. Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik. Müdafiə baxımından "Qarabağ"ı qabaqlayırıq. Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".

Qeyd edək ki, sabah keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30