19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ" Macarıstana yollandı

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la cavab oyunu üçün Macarıstana gedib.

Futbolxeber.az saytının məlumatına görəartıq Ağdam təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Bakı vaxtı ilə saat 20:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Xatırladaq ki, "Qarabağ" zədəli futbolçuları kapitan Maksim Medvedev və Kevin Medinanı səfərə aparmayıb.

Qeyd edək ki, sabah keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30