26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ozobiç: “Bir qədər əziyyət çəkdik”

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan) Bakıda heç-heçə etdikləri ilk matç (1:1) barədə fikirlərini bildirib. 

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi oyundan sonra “CBC Sport”a açıqlamasında deyib: "Öz oyunum haqqında çox danışmaq istəmirəm. Çətin rəqibə qarşı oynayırdıq. Bir qədər əziyyət çəkdik. Gərgin oyun keçdi".

Filip cavab görüşünə daha yaxşı hazırlaşacaqlarını söyləyib: "İndi rəqibi yaxşı tanıyırıq. Baş məşqçimiz oyunu analiz etdikdən sonra tapşırıqlar verəcək. Cavab matçına daha yaxşı hazırlaşacağıq".

Ozobiç azarkeşlərə komandanı dəstəklədiklərinə görə minnətdarlığını bildirb: "Azarkeşlərə təşəkkür edirəm. Onları əmin etmək istəyirəm ki, maksimum nəticə üçün və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30