23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

İki əbədi, bir debütant

Bu həftə Misli Premyer Liqasında 2022/23 mövsümü start götürəcək. 

Futbolxeber.az saytının məlumatına görə, turnir 1992-ci ildən keçirilən yarışların tarixində 31-ci çempionat olacaq.

Premyer Liqada 10 komanda mübarizə aparacaq. Onlardan ikisi ölkə çempionatlarının daimi iştirakçılarıdır. Turnirin əbədi sakinləri “Qarabağ”la “Neftçi” indiyədək 30 mövsümün hamısında iştirak edib. Oyun sayında da bu iki komanda çempionatın şərikli rekordçularıdır. Toplanılan xallara (qələbəyə görə 3 xal prinsipi ilə) görə isə Ağdam klubu bakılıları qabaqlayır.

Həm mövsüm, həm oyun, həm xal sayında 3-cü yerdə “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adlarını daşımış “Şamaxı” qərarlaşıb.

2022/23 mövsümündə yalnız bir debütant olacaq. Bu, “Turan Tovuz”dur. Tovuzun Premyer Liqadakı ikinci komandası kimi tarixə düşəcək bölgə təmsilçisi ilk dəfə güclülər sırasında olacaq.

 

N

Klublar

M

O

X

1

Qarabağ (Ağdam)

30

853

1652

2

Neftçi (Bakı)

30

853

1636

3

Şamaxı

22

621

1002

4

Kəpəz (Gəncə)

20

574

915

5

Qəbələ

16

468

676

6

Sumqayıt

11

328

342

7

Zirə (Bakı)

7

196

284

8

Səbail (Bakı)

5

132

123

9

Sabah (Bakı)

4

104

118

10

Turan Tovuz

0

0

0

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30