19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Neftçi"nin əla oyunçuları var, xüsusən legionerləri güclüdür"

“Neftçi” “Lexiya”dan tamamilə fərqli rəqibdir. Onların fərdi olaraq əla oyunçuları var, xüsusən legionerləri güclüdür”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer deyib.

42 yaşlı mütəxəssis Bakıda keçirəcəkləri oyunun çox çətin olacağını vurğulayıb. Feldhofer bunun səbəblərini açıqlayıb: "Azərbaycan komandasının bu oyunda böyük ev üstünlüyü var. Biz uzun səfər edəcəyik, meydan sahibi deyilik və temperatur Bakıda isti olacaq. Aramızda 2 saatlıq vaxt fərqi var. Oyun yerli vaxtla saat 21:00-da başlasa da, təxminən 30 dərəcə isti gözlənilir. Ümid edirəm ki, Bakıdakı rütubət bizə təsir etməyəcək".

Baş məşqçi II təsnifat mərhələsində "Aris"in Bakıda "Neftçi"yə qarşı buraxdığı səhvləri etməməyə çalışacaqlarını da açıqlayıb: "Bütün matç ərzində öz performansımızı, fiziki və psixoloji bacarığımızı ortaya qoymalıyıq. İlk 30 dəqiqədən sonra "Aris" kimi Bakıda oyundan qopmamağımız çox vacibdir... Bu matçda əvvəlcə tapşırığı yerinə yetirməli, yaxşı nəticə qazanmalı və evə ideal qələbə ilə qayıtmalıyıq".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30