19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sərxan Hacıyev: “Əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”

“Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olması ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyev affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o bildirib ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik:

“Bir müddət öncə Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə bağlı ictimaiyyətə AFFA və PFL-in birgə məlumatı açıqlanmışdı. Bundan sonra bir neçə şirkətdən müraciət aldıq. Lakin “Misli” şirkətinin məsələyə dərhal, operativ və daha fəal reaksiyası əməkdaşlığın məhz bu yöndə olmasını şərtləndirən amillərdən oldu. İlk növbədə, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından “Misli” şirkətinə “ölkə futboluna xoş gəlmisiniz” demək istəyərdim. Azərbaycan futboluna dəstək olduqlarına, futbolumuzun inkişafına öz töhfələrini verdiklərinə görə şirkətin rəhbərliyinə təşəkkür edirik. Əminəm ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30