20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Ferentsvaroş"un yarımmüdafiəçisi: "Qarabağ"la oyunda hər şey öz əlimizdədir"

"Əlbəttə, çətin rəqiblə qarşılaşacağıq. 2 il əvvəl bu komanda haqqında bir az məlumat öyrənmişdim".

Futbolxeber.az saytının məlumatına görə, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Kristoffer Zakariassen klub televiziyasına müsahibəsində deyib.

28 yaşlı yarımmüdafiəçi oyuna əlavə olunmuş 4-cü dəqiqədə "Puşkaş Akademiyası"na vurduğu qolla "Ferentsvaroş"a Macarıstan çempionatının ilk turunda qələbə qazandırıb. Norveçli futbolçu avsustun 3-də Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb:

"Mövsümün ilk turunda güclü rəqibə qalib gəldik. Hazırda biz hər iki yarışda yaxşı yerdəyik. Hamı "Qarabağ"la oyuna hazırdır. Bilirik ki, çətin oyun olacaq. Lakin hər şey öz əlimizdədir. Oyunçular yaxşı formada olsalar, qələbə qazanmaq üçün şansımız olacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də Bakıda, cavab matçını avqustun 9-da Budapeştdə keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30