28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Araz Naxçıvan" PRO kateqoriyalı məşqçilərlə müqavilə imzaladı

Növbəti mövsümdən Azərbaycan çempionatının I Divizionunda çıxış edəcək "Araz Naxçıvan"da yeni təyinat rəsmiləşib. 

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan klubunun Futbol Akademiyasına yeni koordinator təyin olunub.

Bu, PRO kateqoriyalı məşqçi Adil Şükürov olub. 45 yaşlı mütəxəssislə 3 illik rəsmi müqavilə imzalanandan sonra təqdimatı olub. 

A.Şükürovla yanaşı, "Araz Naxçıvan" Azər Bağırovla da 3 illik rəsmi müqavilə imzalayıb. 

Xatırladaq ki, Şükürovun son iş yeri "Turan Tovuz"da Futbol Akademiyasının koordinator vəzifəsi olub. Bağırov isə ötən mövsümdən, hələ Region Liqasında çıxış edərkən "Araz Naxçıvan"ı çalışdırırdı. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31