20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Aris"in prezidenti: "Neftçi" komanda ilə qarşılaşmaq görünməmiş hissdir"

"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr "Aris"inin prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycan təmsilçisi ilə bağlı deyib: “Belə komanda ilə qarşılaşmaq görünməmiş hissdir. "Neftçi" bir neçə kubok qazanan çox çətin komandadır. Mübarizə aparacağıq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.

Lisansou yeni transferlər edəcəklərini vurğulayıb: "Heyətin formalaşdırılması bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandadan bir neçə futbolçu getdi. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi transfer etmək istəyirik".

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab matçları iyulun 28-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30