12 Fevral 2026, Cümə axşamı
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Ölkə futbolu

Milan Obradoviç: "Komandam Azərbaycan futbolunu layiqincə təmsil etdi "

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Norveçə uduzduqları (1:2) matçdan sonra fikirlərini bölüşüb. 

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, serb mütəxəssis komandasının yaxşı mübarizə apardığını deyib:

"Əvvəlcə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi. Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə onlara heç bir şans vermədik. Fasilədən sonra qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlandı. Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq,  Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28