29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Orxan Məmmədov: "Var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun"

"Möhtərəm cənab Prezident, icazə verin, federasiyamız, bütün futbolçularımız və məşqçi heyəti adından Sizə dərin təşəkkürümü bildirim. Bu gün bizim üçün çox şərəfli bir gündür. Çünki Siz də doğru qeyd etdiniz, futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğrudan da çox şadıq və Sizi əmin etmək istəyirik ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. 

O, minifutbol yığmamızın Slovakiyada keçirilən Avropa çempionatının qalibi olmasına qədər keçdiyi yoldan danışıb: "Minifutbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb. Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci ildə artıq həm Dünya Minifutbol Federasiyasına, həm də Avropa Minifutbol Federasiyasına üzv seçildik. 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim üçün çox böyük təcrübə oldu. Bildiyiniz kimi, pandemiya dövründə qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu çempionata hazırlaşırdıq. Bu çempionat başlayanda biz artıq tam hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci oyunumuzu Avropa çempionlarına - Rumıniyaya qarşı uduzduq. Amma sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq".

Orxan Məmmədov sonra Prezidentə təşəkkür edib: "Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktdır ki, Siz xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırdıq və düşünürdük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə çox minnətdarıq. Doğrudan da bizim üçün çox fəxredici bir gündür. Sizə çox təşəkkür edirik, cənab Prezident".

Minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev isə bunları deyib: Cənab Prezident, Sizə öz adımdan, komandanın adından dərin təşəkkür edirik ki, Siz bu dəyərli vaxtınızı bizə ayırmısınız. Biz də əlimizdən gələni əsirgəmədik ki, bizə baxan xalqımız sevinsin. Çox sağ olun, çox təşəkkür edirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31