18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

De Byazi: "Mən sevinirəm. Siz də sevinirsinizmi?"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Belarusa qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransı təşkil edib. 

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:

"Axır ki, qələbə qazandıq. Mən sevinirəm. Siz də sevinirsinizmi? Özüm üçün yox futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır matçlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik. Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar. Qalib gəlmişik deyə rahatlaşmamalıyıq. Bunu davam etdirməliyik. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz kompleks yanaşırıq".

De Byazi Qazaxıstan millisinin Slovakiyaya qalib gəlməsi barədə də danışıb: "Qazaxıstanın qrup liderliyi sürpriz olmamalıdır. Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi".

İtaliyalı baş məşqçi ötən tur Slovakiyaya uduzduqları görüşü (0:1) də xatırlayıb: "Oyunun ilk  20 dəqiqəsi komanda üçün çətin keçmişdi. Amma daha sonra yaxşı oynamışdıq. Son dəqiqələrdə istədiyimiz kimi oynamadıq və rəqib bundan yararlandı".

Millimizin kapitanı Maksim Medvedev oyun ərzində texniki zonada fəallıq nümayiş etdirib. De Byazi isə müdafiəçinin hərəkətləri barədə bunu deyib: "Mən ona deyirdim, Maksim isə fikirlərimi oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir. Bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq".

Baş məşqçi 4 matçda start heyəti dəyişməməsi barədə də danışıb: "Bir oyun üçün cəmi 4 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək".

De Byazi bildirib ki, əvvəlki matçlara nəzər salanda millinin daha çox xala layiq olduğunu düşünür: "Qazaxıstanla oyunda xala layiq idik. Belarusla Serbiyada matçda isə 3 xal əldə edə bilərdik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30