29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahir Emreli: "Ümid edirəm ki, növbəti görüşdə fərqlənə biləcəyəcəm"

Milli komandamızın hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Slovakiyadan alınan 0:1 hesablı məğlubiyyəti şərh edib. 

Futbiolxeber.az saytının məlumatına görə, Emreli komandamızın hücumda çoxalmaq baxımından problem yaşadığını bildirib: "Hücumda çoxalmaq lazım idi. Bu yöndə problem yaşayırıq. Əvvəlki oyunlara baxanda qapıya çox zərbələr endirdiyimizi görə bilərik. Əvvəlki iki oyunda təxminən qapıya 30 zərbə endirmişdik". 

Forvard artıq hücumameyilli oyun sərgilədiklərini söyləyib: "Ümid edirəm ki, sonuncu görüşdə qələbə qazanacağıq və qol hesabını açacağıq".

Emreli yığmada qol vura bilməməsi barədə də danışıb: "Tənqidlərə normal yanaşıram. Uzun müddət yığmada qol vurmayanda insanlarda belə fikir formalaşması normaldır. Amma qox vurmağı hamıdan çox özüm istəyirəm. Bunun üçün də çalışıram. Xarici klubda oynamaq gözəl hissdir. Amma heç bir hiss doğma vətənin üçün oynamaqdan üstün deyil. Bu söhbətlərə son qiymət niyyətindəyəm. Ümid edirəm ki, növbəti görüşdə fərqlənə biləcəyəcəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31