20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Emin Mahmudov: "Meydana rahat çıxmaq haqqımız yoxdur"

UEFA Millətlər Liqası çərçivəsində sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına millimizin baş məşqçisi Canni De Byazi ilə yanaşı,komandamızın aparıcı üzvü Emin Mahmudov da qatılıb. 

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi sabahkı görüşlə bağlı bunları deyib: “Bizim meydana rahat çıxmaq haqqımız yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq".

E.Mahmudov bildirib ki, rəqib sabahkı görüşdə qələbə qazanmaq üçün əlindən gələni edəcək: "Bəzən şanssızlıq olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir. Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq. Slovakiya millisinin Bakıya qalib və ya məğlub gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar qələbə qazanmaq üçün tam güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqlar. Ancaq biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30