25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

De Byazinin Slovakiya ilə oyun öncəsi mətbuat konfransının vaxtı müəyyənləşdi

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. 

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 iyunda ilk olaraq 17:45-də Slovakiya milli komandasının mətbuat konfransı təşkil olunacaq. Saat 19:00 isə komandanın oyun öncəsi son məşqi start götürəcək. 

Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byazi 20:00-da mətbuat önünə çıxacaq. Bundan sonra 30 dəqiqə sonra isə komandamız məşqə çıxacaq. 

Hər iki mətbuat konfransı “Dalğa Arena”da təşkil olunacaq. Həm Slovakiya, həm də Azərbaycan millisinin məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30