25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Obradoviç: "İnanıram ki, Norveçlə qarşılaşmada Musanın qol vurmaq şansları olacaq"

"İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç Avro-2023-ün seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oyundan sonra deyib. 

O, komandamızın 0 3 hesablı məğlubiyyətini belə şərh edib: "İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı. Çox təəssüf ki, Musa Qurbanov bu şansdan yararlana bilmədi. Amma ona qarşı heç bir iradım yoxdur. Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılaşmada Musanın qol vurmaq şansları olacaq. Əvəzində Finlandiya beş dəqiqə ərzində iki qol vurdu. Komandamız bu qollardan sonra da əzmkarlıq nümayiş etdirsə də, rəqib daha bir dəfə fərqləndi. Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30