25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

U-21 yığmamız Finlandiyaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, millimiz səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

İkinci hissənin əvvəlində milli komandamız hesabı açmaq üçün əlverişli şans yaxalasa da, penaltidən yararlanmaq mümkün olmayıb. Bundan ruhlanan finlər sonrakı dəqiqələrdə 3 qol vurmaqla qələbə qazanıblar. 

Bu məğlubiyyətdən sonra Milan Obradoviçin komandası 9 oyundan sonra 8 xalda qalıb. Hazırda millimiz qrupda 5-ci pillədə qərarlaşıb. Finlandiya isə xallarının sayını 19-a çatdırmaqla Xorvatiya ilə birgə 1-2-ci yerləri bölüşdürür. 

Qeyd edək ki, U-21 seçmə mərhələdəki son görüşünü iyunujn 14-də səfərdə Norveçə qarşı keçirəcək. Norveç 8 oyuna 18 xal toplamaqla hazırda qrupda üçüncüdür. 

Avro-2023

A qrupu

7 iyun

Finlandiya - Azərbaycan 3:0

Qollar: Naatan Skyyta, 50, Oliver Antman, 55, Agon Sadiku, 80

Qaçırılan penalti: Musa Qurbanlı, 48 (Azərbaycan)

Baş hakim: Jasmin Sabotic (Lüksemburq)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30