9 Noyabr 2025, Bazar günü
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu

Ölkə futbolu

"Azərbaycan millisi müdafiədə zəif oynayır"

Belarus millisinin və "Torpedo"nun futbolçusu Pavel Sedko bu gün Millətlər Liqasının 2-ci turunda Azərbaycanla keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi millimizin ön xətdə yaxşı təsir bağışladığını, lakin müdafiədə zəif olduğunu deyib:

"Rəqib komanda müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir.  Ön xətdə yaxşı çıxış edirlər. Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Yalnız qələbəyə köklənmişik. Bizim üçün başqa nəticə yoxdur. Bütün oyunçuların motivasiyası hədsizdir, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq".

Qeyd edək ki, Belarus - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30