19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Georgi Kondratyev: "Azərbaycana böyük hörmətlə yanaşıram"

"Təbii ki, turnirin startında qələbə qazanmaq istəyirdim. Onda əhval-ruhiyyə daha yaxşı olardı. Ancaq narahat olmağa vaxtımız yoxdur. Çalışdıq ki, həmin görüşü yaxşı təhlil edək və düzgün nəticə çıxaraq. Gəlin, növbəti oyuna hazırlaşaq. Hələ hər şey qabaqdadır, hər şeyi həll etmək olar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycanla sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan futbolunu izlədiyini bildirib: "Mən onlara böyük hörmətlə yanaşıram. Bu ölkədə vaxtilə Banişevski, Markarov, həmyaşıdım İqor Ponomaryov kimi əla futbolçular yetişib. Minsk “Dinamo”su “Neftçi” ilə həmişə maraqlı görüşlər keçirib. Azərbaycanda futbol inkişaf edir, idman üçün çox işlər görülür, yaxşı stadionlar salınıb. Mən onların futbolunu izləyirəm. Bu, mənə maraqlıdır".

Mütəxəssis futbolçu və məşqçi karyerası ərzində Azərbaycandan heç vaxt təklif almadığnı söyləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30