29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Canni De Byazi: “Daha xarakterli olmalıyıq”

“Futbolda vacib olan nəticədir. Bunu anlamalıyıq. Qazaxıstan millisi ilə oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən”.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində sabah Serbiyanın Novi Sad şəhərində keçiriləcək Belarus - Azərbaycan oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında yığmamızın çalışdırıcısı Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis ilk turda Qazaxıstandan alınan məğlubiyyəti kiçik səhvlərlə əlaqələndirib: “Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Oyunumuzu təhlil etdik. Rəqib iki zərbə vurdu, qalib gəldi. Bizim isə 15 zərbəmiz vardı. Kiçik səhvlər etdik və nəticədə qollar buraxdıq. Çalışacağıq ki, sabah qalib gələk”.

De Byazi Belarusun millimizlə eyni səviyyədə olduğunu vurğulayıb: “Belarus komandasını Slovakiya ilə oyunlarından əvvəl analiz etmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Ucaboy futbolçulara malikdir, standart vəziyyətdən təhlükəli ola bilirlər. Amma onların oynamağı bizdən asılı olacaq. Biz imkan versək oynayacaqlar, verməsək yox. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Daha xarakterli olmalıyıq. Ən əsası meydanda xarakter göstərməliyik. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.

Yığmamızın çalışdırıcısı hələ ki sabahkı heyəti müəyyənləşdirmədiyini vurğulayıb: “Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31