27 Oktyabr 2025, Bazar ertəsi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”

Ölkə futbolu

Səlahət Ağayev “Qəbələ”də

Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” ikinci transferini gerçəkləşdirib. 

Öncə İlkin Qırtımovu sıralarına cəlb edən “Qəbələ” Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Son klubu “Sabah” olan Ağayev 2021-2022-ci illər mövsümünü paytaxt təmsilçisində keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib. 

2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31