19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Lənkəran və Ağsuda treninqlər keçirilib

2022/23-cü illər mövsümünə hazırlıqla əlaqədar oğlanlar, qızlar, həvəskarlar, Region Liqası və futzal liqalarındakı komandaların nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, növbəti belə treninqlər iyunun 2-də Lənkəranda, 3-də isə Ağsuda təşkil olunub.

Görüşlərdə yeni mövsüm üçün qeydiyyatın başlanması və son tarixləri, qeydiyyat zamanı yeni tətbiq ediləcək sənəd (azyaşlı həvəskar futbolçu təlim müqaviləsi), dəyişən qeydiyyat qaydaları və “Futbola Qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək “Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumatlar verilib.

“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platfoma üzərində sinxronlaşdırılıb. Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkminləşdirmək imkanları verəcək. Bura daxildir:

Bütün yaş və səviyyələr üzrə yarışların idarəedilməsi;

Klublar tərəfindən sifarişlərin və protokolların platforma üzərindən doldurulması;

Hakimlik idarəetmə mexanizmi;

Milli komandalar.

Qeyd edək ki, “Yarışların idarəetmə sistemi”nin tam tətbiqi 2023/2024-cü illər mövsümündən nəzərdə tutulur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30