20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”nin baş məşqçi vəzifəsinə 5 namizəd: 4 əcnəbi, 1 yerli

İyunun 8-də “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək. Məhz həmin gün komandanı növbəti mövsümdə kimin çalışdıracağı məlum olacaq.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, hazırda “ağ-qaralar”ın baş məşqçi postuna 5 namizəd var. Onlardan 4-ü əcnəbi, 1-i isə yerli mütəxəssisdir.

Yerli məşqçi komandanın hazırkı çalışdırıcısı Samir Abasovdur. Bundan öncəki mövsüm 9 ildən sonra “Neftçi”ni çempionluğa daşıyan Abasovun komandada qalma ehtimalı az deyil.

“Neftçi”ni çalışdırmağa namizəd olan 4 əcnəbi mütəxəssisdən ikisinin adı müxtəlif vaxtlarda mətbuatda hallanıb. Söhbət Viktor Qonçarenko və Vitali Vernidubdan gedir. Lakin onlardan başqa, daha 2 əcnəbi məşqçinin də “Neftçi”ni çalışdırmaq ehtimalı var. İyunun 8-də keçiriləcək toplantıda Müşahidə Şurasının üzvləri Abasov, Qonçaronko və Vernidubla yanaşı, həmin digər 2 məşqçinin də namizədliyini nəzərdən keçirəcəklər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30