25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

AFFA 3 klubu cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Premyer Liqanın 28-ci turunun “Zirə” - “Şamaxı” oyununda “Zirə” klubunun futbolçusu Hamidu Keyta təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzaladırılıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. Komandanın baş məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunub. Mütəxəssisə görə də paytaxt təmsilçisi 800 manat cərimələnib.

“Qarabağ” - “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” - “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

Ağdam təmsilçisi həmin oyunda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün 3200 manat cərimələnib.

Bundan əlavə, “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30