19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Fransadakı səfirimiz "Bakı" rəsmiləri ilə görüşdü

Sentyabrın 25-də - beynəlxalq "Top Resa" sərgisinin ikinci günündə də Azərbaycanın guşəsi, xüsusən də ölkəmizi idman sahəsində təmsil edən "Bakı"nın stendi böyük maraqla qarşılanır. Futbolxeber.az-ın məlumatına görə, səhər saat 11-də Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov sərgi keçirilən salona təşrif buyurdu. "Bakı" rəsmilərindən Nail Əliyev və Yaşar Seyidov cənab səfirə sərginin axarı, eləcə də "Bakı" - "Lans" əməkdaşlığının perspektivləri haqqında məlumat verdi. Təbliğat yönündə müvafiq tövsiyyələrini çatdıran Elçin Əmirbəyova "Bakı"nın atributları hədiyyə olundu. Azərbaycan televiziyasının Avropa bürosunun rəhbəri Elnar Məmmədov da bu səfər haqqında reportaj hazırladı.

Ardından nəqliyyat, turizm və kommunikasiya üzrə baş direktor Alan Banyo və "Top Resa" sərgisinin direktoru Tomas Despleyn sərgidə Azərbaycan üçün ayrılan yerə baş çəkdi. Nüfuzlu qonaqlara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında məlumat verildi. Təbii ki, "Bakı" - "Lans" əməkdaşlığı, əlaqələrin gələcək perspektivləri də unudulmadı."Bakı" rəsmiləri qonaqlara həmçinin klubun atributlarını təqdim etdi.

Xatırladaq ki, nüfuzlu sərgi hələ sentyabrın 27-nə qədər davam edəcək. Sabah isə "Lans"la əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30