23 Oktyabr 2025, Cümə axşamı
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi

Ölkə futbolu

Ramal Hüseynovun cəzası yüngülləşdirilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun müraciətinə baxıb. 

Futbolxeber.az saytının məlumatına görə, klubun apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, AFFA İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə “Səbail” futbol klubunun seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.

Daha öncə açıqlanan İntizam Komitəsinin qərarında bildirilib ki, R.Hüseynov stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31