16 May 2022, Bazar ertəsi
"Qarabağ" çempionluğunu rəsmiəşdirdi
Kubokun finalı Qəbələdə keçiriləcək
XXV turun hakim təyinatları
"Bunu qəbul etmək çətindir"

Ölkə futbolu

Yüksək Qızlar Liqasının 2021/2022 mövsümünün qalibləri mükafatlandırılıb

AFFA təşkil etdiyi Yüksək Qızlar Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 8 №-li İOEUGİM-in komandası liqanın qalibi olub. Şəkinin “Nuxa” komandası mövsümü ikinci, Balakənin “Balxurma” komandası isə üçüncü pillədə tamamlayıb. 

Son turun oyunlarından sonra çempion 8 №-li İOEUGİM-in komandasına Bakıda, gümüş medalları qazanan “Nuxa” və 3-cü olan “Balxurma” komandasına isə Şəkidə medallar və kubok təqdim olunub. 8 №-li İOEUGİM-in üzvü Milana Rəhimova mövsümün ən yaxşı oyunçusu, komandanın digər üzvü Rabiyə Müstafayeva isə ən yaxşı qapıçısı seçilib. Həmçinin 17 qolla mövsümün ən məhsuldar oyunçuları olan  8 №-li İOEUGİM komandasının oyunçusu Şəfəq Nəsirova və “Nuxa” komandasının üzvü Nahidə Məmmədova xüsusi mükafatla təltif edilib.

Bakıdakı mükafatlandırma mərasimində Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qadınlar) milli komandasının baş məşqçisi Zamir Həsənov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Texniki direktor Cahangir Həsənzadə iştirak edib. Şəkidəki mükafatlandırma mərasimində isə “Nuxa” və “Balxurma” komandalarına  mükafatları Əminə Həsənova, Siyasət Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Nərgiz Qurbanova təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2022
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31