19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Nikolovdan "Neftçi"yə sərt reaksiya

"İnter"in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçİ" ilə görüşdə qonaq azarkeşlərin meydançaya fişəng atmalarından narazı qalıb. Futbolxeber.az-ın məlumatına görə, bolqar klub prezidenti klubun rəsmi saytında yazdığı bloqda "Şəfa"da baş verən olaya belə reaksiya verib: "Biz neçə il əvvəl özümə söz vermişdim ki, daha "Şəfa"da vandalizmə imkan verməyəcəyəm. Xatırladım ki, bu, "Xəzər Lənkəran"ın futbolçularının paltardəyişmə otağının qapısını sındırmalarından sonra baş vermişdi. Müəyyən vaxta qədər sözümü tutdum. Amma dünən (yazı dünən qələmə alınıb-red.) sakit vaxtın sonu çatdı. "Neftçi" "azarkeşlərinin" oyun zamanı meydana atdıqları məşələ futbolda yer yoxdur. Çünki futbol əyləncə, istirahət, hobbidir.  

Hansısa sayt yazıb ki, meydançada çox cüzi ləkə qalıb. Yox, əzizlərim, birinci “Neftçi”nin vicdanındakı ləkə böyükdür. İkincisi, zərər kifayət qədər çoxdur. Bu vandalizm aktına görə meydançanın 65x4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə  salınmış təzə meydança deyil. Bu meydança “İnter” klubunun mütəxəssisləri və əməkaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə “İnter” klubu tərəfindən 500 min manat pul ödənilib. Burada həmin "fanata" sual yaranır - o özlüyündə 500 000-i təsəvvür edə bilir? Ümumiyyətlə, o heç olmasa 500-ə qədər saya bilir?

Ümumiyyətlə, söhbət pulda, kluba dəyən dəyərdə deyil. İş ondadır ki, futbol xuliqanlığı sürət alır. Axı küçə oğlanlarının haqqında heç nə bilmədiyi "Eyzel" faciəsi məhz bu cür insidentdən sonra başlamışdı.

Heç kim məsləni şişirtdiyimi düşünməsin. Topaz Premyer Liqasında bu cür nümunərlə kifayət qədərdi, indi onları xatırlatmaq fikrində deyiləm.

Bizim qonaqpərvərliyimizə bəzi “qonaqlar” qafqazlılara xas olmayan biabırçılıqla cavab verdilər. Növbəti oyunlarda bu cür halların qarşısını almaq üçün xüsusi tədbir görəcəyik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30